Qiymətləndiricilər Palatasını təsis etmək hüququ olan şəxslərin seçilməsi üçün təşkilat komitəsi YARADILDI

Hazırda oxunan: Qiymətləndiricilər Palatasını təsis etmək hüququ olan şəxslərin seçilməsi üçün təşkilat komitəsi YARADILDI

181868

Nazirlər Kabinetində Qiymətləndiricilər Palatasını təsis etmək hüququ olan şəxslərin müəyyən edilməsi, təsis yığıncağının hazırlanmasının və keçirilməsinin təmin edilməsi məqsədilə təşkilat komitəsi yaradılıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Sərəncama əsasən, Qiymətləndiricilər Palatasını təsis etmək hüququ olan şəxslərin müəyyən edilməsi, təsis yığıncağının hazırlanmasının və keçirilməsinin təmin edilməsi məqsədilə aşağıdakı tərkibdə təşkilat komitəsi yaradılıb:
Sahib Ələkbərov - İqtisadiyyat nazirinin müavini;

Sevinc İsmayılova - İqtisadiyyat Nazirliyinin İnsan resursları şöbəsinin müdiri;

Nuranə Abbasova - İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsi müdirinin müavini - hüquqi aktların hazırlanması və ekspertizası sektorunun müdiri;

Ramiz Qarayev - Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsi müdirinin müavini;

Vüsal Abbasov - Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin baş məsləhətçi-hüquqşünası.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin