Azərbaycanda iribuynuzlu mal-qaranın sayında AZALMA 

Hazırda oxunan: Azərbaycanda iribuynuzlu mal-qaranın sayında AZALMA 

181700

2024-cü ilin yanvarın birinə qədər Azərbaycanda bütün təsərrüfat kateqoriyaları üzrə iribuynuzlu mal-qaranın sayı əvvəlki illə müqayisədə 110 360 baş və ya 4.21 faiz azalıb.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2023-cü ili əhatə edən statistikasında əks olunub. 

Sənədə əsasən, 2023-cü ilin yanvarın birinə qədər ölkədə 2 618 079 baş, cari ilin eyni dövrünə qədər isə 2 507 719 baş mal-qara olub. 

Cari dövrdəki göstəricilərin 1 235 123 başını inək və camışlar təşkil edib. 

Qeyd edək ki, mal-qaranın böyük bir hisssəsi, yəni 348 462 ədədi Mil-Muğan, 344 165 ədədi Mərkəzi Aran, 321 473 ədədi Lənkəran-Astara, 307 590 ədədi isə Qarabağ iqtisadi rayonlarının payına düşür. 
Cari dövrə qədər kənd təsərrüfatı ilə məşğul olan müəssisələr üzrə mal-qaranın sayı 55 647 baş, dövlət müssisələri üzrə mal-qara sayı 2597 baş, qeyri-dövlət müəssisələri üzrə isə 53 050 baş olub. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin