Ləğvetmə prosesində olan bankın əmlakı SATIŞA ÇIXARILIR

Hazırda oxunan: Ləğvetmə prosesində olan bankın əmlakı SATIŞA ÇIXARILIR

181693

Cari ilin mart ayının 19-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Yunayted Kredit Bank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.

Bizim.Media xəbər verir ki, daşınmaz əmlak Masallı şəhəri, 20 Yanvar küçəsindəki 0.332 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasıdır.

Ümumi sahəsi 5951.7 kv.m olan bina yanğından sonrakı vəziyyəti nəzərə alınmaqla hazırda qeyri-işlək vəziyyətdədir.
Qeyd edək ki, əmlakın ilkin satış qiyməti 800.000 (səkkiz yüz min) manatdır.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin