Ramana və Sabunçu qəsəbələrini əlaqələndirən yeni 162 nömrəli qəsəbələrarası müntəzəm marşrut xətti təşkil edilib.
Bakı Nəqliyyat Agentliyindən Bizim.Media-ya verilən məlumatda bildirilib ki, yeni marşrut xəttinin təşkili barədə qərar çoxsaylı vətəndaş müraciətləri nəzərə alınmaqla qəbul edilib:
“Aparılan təhlillərlə Sabunçu dəmiryol stansiyası – Ramana qəsəbəsi (“Ramana” Yeni Yaşayış Massivi) adlanan ərazidə yaşayan sakinlərin dövlət müəssisələri, məktəb, bağça və digər iaşə obyektlərinə gediş-gəlişində çətinliklərin olduğu müəyyən edilib".
Aprelin 19-dan istismara başlayacaq marşrut xəttinin təşkili sayəsində Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlilləri üçün inşa edilən Yeni yaşayış kompleksinin, eləcə də Ramana qəsəbəsi 1-ci Sahə və Südçülük sovxozu adlanan ərazidə məskunlaşan vətəndaşların təhsil, tibb və digər ictimai iaşə obyektlərinə gediş-gəlişi əhəmiyyətli dərəcədə yaxşılaşacaq. Marşrut xətti üzrə gediş haqqı 0.30 azn müəyyən edilib.
Qeyd edək ki, paytaxt ərazisində xüsusən də ətraf kənd və qəsəbələr istiqamətində marşrut şəbəkəsinin optimallaşdırılması, xüsusilə şəhərətrafı ərazilərdə məksunlaşan sakinlərin marşrut tələbatının ödənilməsi istiqamətində işlər bundan sonra da davam etdiriləcək.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:33 / 17.04.2021
Ramana və Sabunçuya yeni marşrut xətti təşkil edildi - Qiymət də açıqlandı
Hazırda oxunan: Ramana və Sabunçuya yeni marşrut xətti təşkil edildi - Qiymət də açıqlandı
Hazırda oxunan: Ramana və Sabunçuya yeni marşrut xətti təşkil edildi - Qiymət də açıqlandı
18162
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.