Manatın ucuzlaşması ilə bağlı MÜHÜM AÇIQLAMA – “Devalvasiya bu halda baş verəcək”

Hazırda oxunan: Manatın ucuzlaşması ilə bağlı MÜHÜM AÇIQLAMA – “Devalvasiya bu halda baş verəcək”

181359

Dünəndən sosial şəbəkələrdə Azərbaycanda ABŞ dollarının bahalaşacağı ilə bağlı məlumatlar dolaşmaqdadır. İddialara görə yaxın aylarda manatın devalvasiyası gözlənilir.

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan iqtisadçı-ekspert Fuad İbrahimov bildirib ki, 2015-ci ildə Azərbaycanda iki dəfə ardıcıl baş verən devalvasiyadan sonra bundan termin kimi istifadə etməyə başladılar. 

Bilən də, bilməyən də gündəmdə qalmağa çalışır...
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycana xaricdən pul köçürmələri 2.8 milyard manat azalıb


Onun sözlərinə görə, hər bir məsələnin öz əsaslandırması olmalıdır:

“Bilən də, bilməyən də bu sözdən istifadə edərək gündəmdə qalmağa çalışır. Kimsə dollar almaq istəyir, ancaq ala bilmir və buna görə də ölkədə devalvasiyanın olacağını iddia edir. Amma səsləndirilən hər bir fikrin əsaslandırması olmalıdır. Hər bir milli valyutanın ucuzlaşmasını şərtləndirən əsas amil, ölkəyə daxil olan və ya ölkədən çıxan ticarət əməliyyatlarının balansıdır ki, bu da son 2-3 ildə profisitlə nəticələnir. Bu da onu göstərir ki, bu gün ölkəyə daxil olan gəlirlər çoxalıb, xərclər isə azalıb”. 

Müsahibimiz bu baxımdan da düşünür ki, hazırda devalvasiyaya getməyin heç bir əsası yoxdur: 

“Ona görə ki, dövlətin qısa və uzun müddətli proqramları var. Çünki milli valyutanın stabilliyi mütləqdir.”. 

Manat 2016-cı ildən öz səviyyəsini qoruyur

Burada yalnız bir əsas məsələnin olduğunu bildirən ekspertin sözlərinə görə, ölkəmiz hələ də üzən məzənnəyə tam keçid etməyib: 

“Ona görə ki, Mərkəzi Bankın 2016-cı ildə verdiyi qərar əsasında ölkədə 1.70 manat səviyyəsində məzənnə formalaşıb. Həmin ildən bu günə qədər dolların dəyəri digər valyutalara qarşı həm ucuzlaşıb, həm də bahalaşsa da, manat öz səviyyəsini qoruya bilib. Deməli, ölkədə inzibati idarəetmə üslubu tətbiq olunduğu üçün devolvasiyaya getmək barədə qərarı da yalnız Mərkəzi Bank verə bilər. 

Bunun üçün də bir zəmin olmalıdır ki, bu da yoxdur. Sadəcə, ölkədə belə bir fikir formalaşdırıblar ki, əgər satış yoxdursa və hansısa bir valyutanı sərbəst almaq mümkün deyilsə, deməli devalvasiya baş verəcək”. 

Hərraclarda dollar satışının artmasına gəlincə, ekspert, bunu tələbin çoxalması ilə əlaqələndirib:

“Bu da idxal amilindən asılı olmağımızla bağlıdır. Son illər ölkəyə bu qədər texnoloji avadanlıqlar, texnikalar gətirilir və bunların hesabına da Qarabağda işlər görülür. Bu baxımdan da tələbin artması normaldır”. 

Devalvasiya hansı halda baş verə bilər?

Ekspertin dediyinə görə, milli valyutanın ucuzlaşması və devalvasiya yalnız bir halda baş verə bilər: 

“Əgər Azərbaycan nefti 20 dollara qədər ucuzlaşarsa və 6 ay bu vəziyyətdə qalarsa, ölkədə devalvasiya riski yarana bilər. Amma hazırda bu qiymət yüksək olduğu üçün yaxın bir neçə il ərzində devalvasiyadan danışmağa dəyməz. Ona görə ki Azərbaycan neftinin qiyməti 80-85 dollar arasında dəyişir. Dövlət büdcəsində isə bu, 60 dollardan götürülüb. Hazırda həm profisit müsbətdir, həm də makroiqtisadi tarazlıq yerindədir. Çünki ölkəyə daxil olan valyutanın nisbəti ölkədən çıxan valyutanın nisbətindən daha çoxdur”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin