SOCAR-ın Rumıniya bazarında fəaliyyəti ilə bağlı müzakirələr aparıldı - FOTO

Hazırda oxunan: SOCAR-ın Rumıniya bazarında fəaliyyəti ilə bağlı müzakirələr aparıldı - FOTO

180693

Martın 1-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Rumıniyanın energetika naziri Sebastian Burduja ilə görüşüb.

SOCAR-dan Bizim.Media-ya bildirilib ki, görüşdə Azərbaycan ilə Rumıniya arasında energetika sahəsində əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, Cənub Qaz Dəhlizinin genişləndirilməsi istiqamətində görülən işlərin önəmi qeyd olunub. 


Bu xüsusda ötən ilin aprelində Sofiyada SOCAR, “Transgaz” (Rumıniya), “Bulgartransgaz” (Bolqarıstan), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) şirkətləri arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanmasının “Həmrəylik halqası” təşəbbüsünün reallaşması istiqamətində atılan mühüm addım olduğu qeyd edilib.

Söhbət zamanı SOCAR-ın Rumıniya bazarında fəaliyyəti, müxtəlif marşrutlar üzrə qaz təchizatı və nəqli, həmçinin enerji keçidi, rəqəmsallaşma və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin