Ən çox xarici borc cəlb edən dövlət qurumları AÇIQLANDI 

Hazırda oxunan: Ən çox xarici borc cəlb edən dövlət qurumları AÇIQLANDI 

180609

1 yanvar 2024-cü il tarixi vəziyyətinə xarici dövlət borcu 6.461,2 milyon ABŞ dolları (10 milyard 984 milyon manat) təşkil edib.

Bu dövrdə xarici dövlət borc portfelinin 47,9%-i ( 5 mlrd. 261.3 mln. manat) büdcə kəsirinin bağlanılması üzrə hökumət adından çıxış edən Maliyyə Nazirliyi tərəfindən, 52,1%-i ( 5 mlrd. 722,7 mln. manat) isə digər icraçı qurumlar tərəfindən həyata keçirilən proqram və layihələr üzrə cəlb edilmiş öhdəliklərin payına düşür. 
 
Bu barədə Bizim.Media Maliyyə Nazirliyinə istinadən xəbər verir. 

Qeyd edək ki, xarici dövlət borc portfelinin 17.4%-i (1 mlrd. 911.2 mln. manat) “Azəravtoyol”, 11.7%-i ( 1 mlrd. 285,1 manat) “Azərbaycan Dəmir Yolları”, 10.4%-i ( 1 mlrd. 142.3 mln. manat) “Azərsu” ASC, 3.1%-i (340.5 mln. manat) “Meliorasiya və Su Təsərrüfatı”, 2.3%-i ( 252.6 mln. manat) Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən proqram və layihələr üzrə cəlb edilmiş öhdəliklərin payına düşüb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin