Pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə ödənilən vəsaitdə artım dinamikası 2024-cü ildə də davam edir. Bu ilin yanvar ayında həmin sosial təminat növləri üzrə ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən 84,6 mln. manat və ya 14,7 faiz çox olmaqla 661 mln. manat təşkil edib.
Bu barədə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
"Sosial ödənişlərin artırılması istiqamətində növbəti addım olaraq cari ilin əvvəlindən bütün pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqı artımına uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılıb", - deyə məlumatda qeyd edilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:19 / 23.02.2024
Ötən ay sosial ödənişlər üzrə əhaliyə ödənilən vəsaitin HƏCMİ
Hazırda oxunan: Ötən ay sosial ödənişlər üzrə əhaliyə ödənilən vəsaitin HƏCMİ
Hazırda oxunan: Ötən ay sosial ödənişlər üzrə əhaliyə ödənilən vəsaitin HƏCMİ
179494
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.