22 fevral 2024-cü il tarixində Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib.
Bizim.Media AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 108.1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Qeyd edək ki, bu göstərici ötən hərracdan 5.4% çoxdur. Belə ki, 20 fevralda keçirilən valyuta hərracında banklar 102.6 milyon dollar alış həyata keçirib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Xatırladaq ki, cari ilin fevral ayında keçirilən son dörd hərracda dollara tələb 100 milyondan çox olub.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:41 / 22.02.2024
Hərracda dollara tələbat 100 milyondan ARTIQ OLUB
Hazırda oxunan: Hərracda dollara tələbat 100 milyondan ARTIQ OLUB
Hazırda oxunan: Hərracda dollara tələbat 100 milyondan ARTIQ OLUB
179361
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.