Aİ-nin 13-cü sanksiya paketi ilə Rusiyanın bütün aktivləri DONDURULACAQ 

Hazırda oxunan: Aİ-nin 13-cü sanksiya paketi ilə Rusiyanın bütün aktivləri DONDURULACAQ 

179280

Xəbər verdiymiz kimi Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin daimi nümayəndələri Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “Welt” yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Contact” pul köçürmə sisteminin fəaliyyəti DAYANDIRILIB


Nəşr yazıb ki, Moskvaya qarşı 13-cü sanksiya paketi Brüssel tərəfindən təsdiqlənən ən geniş məhdudiyyətlərdən biri olacaq.

Belə ki, sanksiyalar siyahısına 200-ə yaxın qurum və fiziki şəxs əlavə olunacaq. Bu isə Rusiyanın Aİ-də mövcud olan bütün aktivlərinin dondurulması ilə nəticələnəcək.

Siyahıya daxil ediləcək şirkətlər arasında “Guangzhou Ausay Technology”, “Shenzhen Biguang Trading” və “Yilufa Electronics” də var. Moskvanın hərbi-texnoloji cəhətdən güclənməsində rol alan digər şirkətlərə də sanksiyalar tətbiq ediləcək və onlara hərbi təyinatlı mallar və texnologiyalar satışı qadağan ediləcək.
Qeyd edək ki, saksiya paketi Rusiyanın Ukraynaya hücumunun ikinci ildönümündə - fevralın 24-də qüvvəyə minəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin