“Contact” pul köçürmə sisteminin fəaliyyəti DAYANDIRILIB

Hazırda oxunan: “Contact” pul köçürmə sisteminin fəaliyyəti DAYANDIRILIB

179270

Rusiyanın “Contact” pul köçürmə sistemi fəaliyyətini dayandırıb.

Bizim.Media xəbər verir ki, bu, şirkətin “QIWI Bank”ın lisenziyasının bu gün ləğv edilməsi ilə bağlı olub.

“Hörmətli müştərilər, Rusiya Bankından “QIWI Bank”ın lisenziyasının ləğv edildiyi barədə məlumat aldıq. Biz başa düşürük ki, hazırda çoxlu sualınız var. Vəziyyəti araşdırırıq və necə davam edəcəyimiz barədə məlumat əldə etdikdən sonra sizinlə əlaqə saxlayacağıq”, - deyə “Contact”ın rəsmi açıqlamasında bildirilib.
Qeyd edək ki, “QIWI Bank”ın məhsullarından biri olan şirkətin lisenziyanın ləğv olunması səbəbilə pulköçürmə sisteminin Azərbaycandakı fəaliyyəti də dayandırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin