Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsinin həcmi azalıb

Hazırda oxunan: Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsinin həcmi azalıb

178703

Ötən il Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsinin ümumi həcmi 51 milyard 184 milyon dollara çatıb.

Dövlət Gömrük Komitəsindən Bizim.Media-ya bildirilib ki, bu, 2022-ci ilə nisbətən 2,9 faiz azdır.

Belə ki, 2023-cü ildə ixracın həcmi 33 milyard 899 milyon dollar, idxalın həcmi isə 17 milyard 285 milyon dollar təşkil edib.

Bundan başqa, xarici ticarətdə 16 milyard 613 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 29,6 faiz azdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin