“Azərbaycan aprel ayında Türkiyə vasitəsilə Macarıstana təxminən 275 milyon kubmetr təbii qaz tədarük etməyə başlayacaq”.
Bizim.Media Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bildirib.
Nazir bu addımın Macarıstanı Türkiyənin təbii qaz ixracatının ilk sərhədsiz alıcısına çevirəcəyini qeyd edib:
“Biz 275 milyon kubmetr təbii qazın tədarükü ilə bağlı razılıq əldə etdik. Tədarük aprelin 1-dən başlayacaq. Yəni, Türkiyə ilk dəfə olaraq heç bir sərhədi olmayan ölkəyə qaz verəcək. Biz birinci ölkə olmaqdan məmnunuq”.
Siyarto bildirib ki, Türkiyənin qaz nəqli üzrə geosiyasi əhəmiyyəti var:
“Rusiya qazını Qara dənizin dibi ilə 930 kilometr uzunluğunda boru kəməri vasitəsilə Türkiyəyə nəql edən “Türk axını” boru kəməri Rusiyadan Macarıstana bir nömrəli paylama marşrutu kimi istifadə olunur”.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
20:24 / 17.02.2024
Macar nazir: “Azərbaycan Türkiyə üzərindən Macarıstana qaz tədarükünə başlayacaq”
Hazırda oxunan: Macar nazir: “Azərbaycan Türkiyə üzərindən Macarıstana qaz tədarükünə başlayacaq”
Hazırda oxunan: Macar nazir: “Azərbaycan Türkiyə üzərindən Macarıstana qaz tədarükünə başlayacaq”
178664
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.