Bu ölkə tarixində ilk dəfə neft HASİL EDƏCƏK

Hazırda oxunan: Bu ölkə tarixində ilk dəfə neft HASİL EDƏCƏK

178636

Somali bu ilin sonunda tarixində ilk dəfə öz ərazisində neft hasilatına başlayacaq.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin neft və mineral ehtiyatlar naziri Əbdurrəzaq Ömər Məhəmməd məlumat yayıb.

Məlumata görə, ilk neft ölkənin cənub-qərbi və Cubaland əyalətlərindəki yataqlardan çıxarılacaq.

Qeyd edək ki, 2022-ci ilin oktyabrında Somali ABŞ-ın “Coastline Exploration” şirkəti ilə ölkə ərazisində neft yataqlarının işlənməsi ilə bağlı müqavilə imzalayıb. Somalinin 30 milyard barelə qədər potensial neft və təbii qaz ehtiyatları olması ehtimal edilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin