Azərbaycan Mərkəzi Bankı (AMB) manatın mayın 16-axa0olan məzənnəsini açıqlayıb.
AMB-dənxa0xa0verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi mayın 15-ixa0ilə müqayisədə dəyişməyərək 1,7025 manat olub.
Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,8609xa0manatdan 1,8715 manatadək artıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi isə 0,0300xa0manatdan 0,0302xa0manatadək bahalaşıb.
Türkiyə lirəsinin məzənnəsi 0,4772xa0manatdan 0,4801xa0manatadək artıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqinin məzənnəsi 2,1979xa0manatdan 2,1982xa0manatadək bahalaşıb. Gürcüstan larisinin məzənnəsi isəxa00,6972 manatdan 0,6999 manatadək artıb.xa0

































































































