“Bu gün iqtisadi sahədə aparılan islahatlar artıq Azərbaycanda tamamilə yeni bir investisiya iqlimi yaratmışdır”.
Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində deyib.
Dövlətimizin başçısı qeyd edib ki, əgər əvvəlki illərdə investisiyalar daha çox neft-qaz sahəsinə qoyulurdusa, bu gün qeyri-neft sektoruna qoyulan sərmayə milyardlarla dollar səviyyəsindədir:
“Əldə edilmiş razılaşmalar, imzalanmış kontraktlar yaxın bir neçə ildə özünü elə göstərəcək, sıçrayış elə böyük olacaq ki, bunu hər kəs görəcək”.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
18:05 / 14.02.2024
Prezident: “İqtisadi sahədə aparılan islahatlar yeni investisiya iqlimi yaradıb”
Hazırda oxunan: Prezident: “İqtisadi sahədə aparılan islahatlar yeni investisiya iqlimi yaradıb”
Hazırda oxunan: Prezident: “İqtisadi sahədə aparılan islahatlar yeni investisiya iqlimi yaradıb”
178159
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.