Əhalinin banklardakı əmanətlərin 70 faizə qədəri milli valyutadadır

Hazırda oxunan: Əhalinin banklardakı əmanətlərin 70 faizə qədəri milli valyutadadır

178130

Əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 10,3 faiz artaraq yanvar ayının 1-nə milli valyuta ekvivalentində 12 milyard 947,8 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya bildirilib ki, əmanətlərin 66,8 faizi milli, 33,2 faizi xarici valyutada qoyulub.

Milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21,1 faiz artıb, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 6,6 faiz azalıb.

Yanvar ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 manata, 1 avroya 1,86 manata, 100 türk lirəsinə 5,66 manata, 100 rus rubluna 1,90 manata bərabər olub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin