Pandemiyadan zərər çəkən sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlı 4-cü mərhələ çərçivəsində 185 856 muzdlu işçini əhatə edən 20 442 vergi ödəyicisinə 41 753,0 min manat həcmində maliyyə dəstəyi göstərilib.
İqtisadiyyat Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin 4-cü mərhələ çərçivəsində 84 632 fərdi (mikro) sahibkara 30 198,4 min manat maliyyə dəstəyi göstərilib.
Müvafiq vəsaitlər Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən vergi ödəyicilərinin bank hesablarına köçürülüb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:15 / 14.04.2021
Pandemiyadan zərər çəkən sahibkarlara maliyyə dəstəyi göstərildi
Hazırda oxunan: Pandemiyadan zərər çəkən sahibkarlara maliyyə dəstəyi göstərildi
Hazırda oxunan: Pandemiyadan zərər çəkən sahibkarlara maliyyə dəstəyi göstərildi
17810
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.