Dünya bazarında neftin qiyməti 2040-cı ilədək 141 dollar/barelə qədər yüksələ bilər.xa0
Moderator.az -ın məlumatına görə, “Report”x9d RBC agentliyinə istinadən xəbər verir ki, bu ehtimal ABŞ Energetika Nazirliyinin energetika bazarları ilə bağlı yenilənmiş proqnozunda əks olunub.xa0
Hesabatda bildirilir ki, neftə olan tələbat ən az OECD üzvü olmayan Avropa və Avrasiya regionundakı ölkələrdə və Rusiyada artacaq.xa0
2040-cı il üçün bu ölkələrdə tələbat 14% yüksələcək. Buna səbəb kimi adı çəkilən regionlarda əhalinin sayının azalması və enerji effektivliyinin artması amilləri göstərilir.
“Bloomberg”x9d agentliyinin əməkdaşı Layem Deninq (Liam Denning) hesab edir ki, 2012-ci illə müqayisədə 2040-cı ildə neftə gündəlik tələbat 31 mln. barel artacaq.
Onun fikrincə, aylıq neft hasilatı dünyada 2015-ci ildən etibarən 1 mln. barel artım göstərəcək və OPEC üçün 2040-cı ilə 47 mln. barel/gün təşkil edəcək.
































































































