AÇG-dən indiyədək 586 milyon ton neft ÇIXARILIB 

Hazırda oxunan: AÇG-dən indiyədək 586 milyon ton neft ÇIXARILIB 

177926

“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 01 fevral 2024-cü il tarixinədək burada 631 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. 

Energetika Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, AÇG-dən 586 milyon ton neft, “Şahdəniz”dən isə 45 milyon tona yaxın kondensat çıxarılıb. 

“Qeyd olunan həcmlərdən 01 fevral 2024-cü il tarixinədək 629 milyon tonu ixraca nəql edilib”, - məlumatda qeyd olunur. 

Məlumata görə, 2024-cü ilin yanvar ayında ölkədə 2,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft hasilatının 1,4 milyon tonu AÇG-nin, 0,4 milyon tonu (kondensat) “Şahdəniz”in, 50 min tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 0,7 milyon ton təşkil edib. 
“Ay ərzində 2,1 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 1,8 milyon tonu konsorsiumun, 0,3 milyon tonu isə SOCAR-ın payına düşüb”, - məlumatda bildirilir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin