2023-cü ildə azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 5 milyard 984 milyon 157 min manat vəsait sərf edilib.
Bizim.Media Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən illə müqayisədə 53.9% və ya 2 milyard 96 milyon 385 min manat çoxdur.
Belə ki, 2022-ci ildə azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 3 milyard 887 milyon 771 min manat vəsait yönəldilib.
Qeyd edək ki, bu dövrdə tikinti quraşdırma işlərinə sərf edilən vəsait 2022-ci illə müqayisədə Xocalıda 2056 dəfə, Laçında 5.4 dəfə, Kəlbəcərdə 2.2 dəfə, Ağdamda 76.6%, Qubadlıda isə 63.5% artırılıb.
Əlavə edək ki, hesabat dövründə ən çox vəsait Laçın (1 mlrd. 502.3 mln. manat), Kəlbəcər (874.2 mln. manat) və Füzuli (657.6 mln. manat) rayonlarına ayrılıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:16 / 12.02.2024
İşğaldan azad edilmiş ərazilərdə tikinti işlərinə yönəldilən vəsait artıb - SİYAHI
Hazırda oxunan: İşğaldan azad edilmiş ərazilərdə tikinti işlərinə yönəldilən vəsait artıb - SİYAHI
Hazırda oxunan: İşğaldan azad edilmiş ərazilərdə tikinti işlərinə yönəldilən vəsait artıb - SİYAHI
177785
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.