Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 4,4 milyard dollara çatdı

Hazırda oxunan: Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 4,4 milyard dollara çatdı

177734

“Biz 2023-cü ildə Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 4 milyard dollara çatacağını proqnozlaşdırırdıq, lakin yanıldıq. 4,4 milyard dollar nəticə əldə etdik. Bu isə 17% artım deməkdir".

Bizim.Media xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov “İzvestiya” qəzetinə müsahibəsində deyib.

“Sanksiyalar əlaqələrimizin daha da yaxınlaşmasına səbəb oldu, biz sənaye əməkdaşlığı sahəsində çox ciddi layihələr həyata keçiririk. 17 faizlik artım hansısa məhsulun Azərbaycan üzərindən təkrar ixracı deyil. Bu, iri sənaye kooperasiya layihələridir.
Bu ilin əvvəlində Rusiya və Azərbaycanın milli valyutalarından (rubl və manat) istifadə 54%-i ötüb. Yəni biz Bakı ilə münasibətlərimizdə dollar və avrodan uzaqlaşırıq”, - diplomat qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin