Beynəlxalq fond birjalarında “Bitcoin” kriptovalyutasına olan maraq spot qiymətlərin artmasına səbəb olub.
Bizim.Media xəbər verir ki, "Coinmarketcap" analiz şirkəti maraqlı məlumat paylaşıb.
MÖVZU İLƏ BAĞLI:
“Bitcoin” dolları əvəz edəcək?
Belə ki, hazırda 1 ədəd “Bitcoin”in (BTC) dəyəri 46,6 min ABŞ dolları civarında təklif olunur.
Şirkətin yaydığı məlumatda bildirilir ki, bir ay davam edən “spot Bitkoin ETF”nin təsdiqindən sonra BTC nəhəngləri iki gün ərzində konsolidasiya üzərində nəzarəti tam ələ keçiriblər.
Hazırda ümumi BTC tədarükünün yalnız 53%-i birjalarda mövcuddur. Digər tərəfdən isə son 2 həftədə BTC “balinalar”ının yığımı artmaqda davam edir.
Qeyd edək ki, son 24 saat ərzində “Bitcoin”in qiyməti əlavə 3,6% artıb və hazırda bazar dəyəri təxminən 903 milyard dollardan bir qədər çoxdur. Bəzi beynəlxalq kespertlər bu artımı son 2 həftədə BTC-nin birjalardan geri çəkilməsi ilə müəyyən müddət ərzində birjalardan 1,1 milyard dollar dəyərində 25 305 ədəd BTC çıxarılıb.
Diqqəti cəlb edən digər mühüm məsələ isə odur ki, 2017-ci ilin dekabr ayından etibarən ticarət platformalarında “Bitcoin” aktivlərinin azalma tendensiyası baş verir. Çünki birjalarda məzənnəsi ən aşağı səviyyəsidir.
Kripto bazarı üzrə analitik Ali Martinezin sözlərinə görə, əsas diqqəti BTC-nin yuxarı kursuna potensial maneə olan 47 360 - 56 970 dollarlıq müqavimət səviyyələrinə yönəltmək lazımdır:
“Bu alət nəhəng BTC bazarlarını proqnozlaşdırmaqda dəqiqliyi ilə seçilir və keçmiş alış siqnalları əhəmiyyətli qazanclara səbəb olub".
Rövşən Ziya, Bizim.Media