2023-cü ildə ilkin məlumatlarına əsasən Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 11,2 % artaraq 934 manat təşkil edib.
Bizim.Media bu barədə Dövlət Statistika Komitəsinə istinadfən xəbər verir.
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Bu il yanvarın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən 1 741,8 min nəfər olub. Onlardan 899,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 842,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 19,1 %-i təhsil, 18,6 %i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13 %-i sənaye, 8,4 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 %-i tikinti, 6,4 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,7 %-i peşə, elmi və texniki fəaliyyət, 3,4 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1 %-i maliyyə və sığorta fəaliyyəti, 14,5 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:45 / 06.02.2024
Azərbaycanda orta aylıq əməkhaqqı 11 faizdən çox ARTIB
Hazırda oxunan: Azərbaycanda orta aylıq əməkhaqqı 11 faizdən çox ARTIB
Hazırda oxunan: Azərbaycanda orta aylıq əməkhaqqı 11 faizdən çox ARTIB
176765
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.