Dövlət qurumları köhnə avtomobillərini SATIR – 300 manata da var… - SİYAHI 

Hazırda oxunan: Dövlət qurumları köhnə avtomobillərini SATIR – 300 manata da var… - SİYAHI 

176668

Bu ilin mart ayının 7-də Milli Məclisə və digər dövlət orqanlarına məxsus 17 ədəd nəqliyyat vasitəsi hərrac yolu satışa çıxarılacaq. 

Bizim.Media xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin elan etdiyi siyahıda yer alan avtomobillər 1987-2008-ci illər arasında istehsal olunmuş, təcili tibbi yardım, yük və minik avtomobilləridir.

Qiymətləri 300-850 manat arasında dəyişən nəqliyyat vasitələrinin 4 ədədi Milli Məclisə, 5 ədədi Elm və Təhsil Nazirliyinə, 2 ədədi Laçın Rayon İcra Hakimiyyətinə, 3 ədədi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsinin tabeliyində "Göygöl Rayon Mərkəzi Xəstəxanası"  publik hüquqi şəxsinə, 2 ədədi Audiovizual Şuraya, 1 ədədi isə Samux Rayon İcra Hakimiyyətinə məxsusdur.
Qeyd edək ki, qiyməti 300 manat olan nəqliyyat vasitəsi 1989-cu ilin “QAZ-53-12” markalı yük və qiyməti 800 manat olan 2002-ci ilin “QAZ 3110-101” markalı minik avtomobilləri uzun illər Elm və Təhsil Nazirliyinin istifadəsində olub. 




Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin