“Dövlət aqrar sektorun inkişafına milyardlarla manat vəsait ayırır, nəticə isə…” – KEÇMİŞ MALİYYƏ NAZİRİ

Hazırda oxunan: “Dövlət aqrar sektorun inkişafına milyardlarla manat vəsait ayırır, nəticə isə…” – KEÇMİŞ MALİYYƏ NAZİRİ

17609

Son iki ili ərzində ərzaq məhsullarının qiymətləri durmadan artır. Qiymət artımı ilə bağlı rəsmi göstərişlər  olmasa belə ərzaq məhsullarının qiyməti əl yandırır.

Yaranmış vəziyyətdən iqtisadçı alim, sabiq maliyyə naziri Fikrət Yusifov da narahatdır.

O, sosial media hesabında əsassız qiymət artımını belə şərh edib.

“Görünən budur ki, yaranmış vəziyyət aidiyyatı qurumları və onların rəhbərlərini narahat etmir. Əslində isə bu, çox təhlükəli bir prosesdir və ona göz yummaq olmaz. Ərzaq məhsullarının qiymətlərinin belə sürətlə yüksəlməsi cəmiyyətdə sosial gərginliyi getdikcə artırır”.

Ekspert əlavə edir ki, qiymətlərə inzibati yollarla nəzarəti gücləndirməklə uğur qazanmaq mümkün deyil:

“Uğur qazanmağın bəlli yolları var və bu yollardan istifadə etmək lazımdır. Rəsmi statistikada əgər 2014-cü ildə ölkəyə 9,2 milyard dollar həcmində məhsul idxal edilmişdisə, 2019-cu ildə bu rəqəm 4,5 milyard dollar artaraq, 13,7 milyard dollara qədər yüksəlib.


Altı il ərzində Azərbaycana idxal olunan məhsulların həcmi 4,5 milyard dollar və ya təqribən 7,7 milyard manat artıması o deməkdir ki, bu illər ərzində yerli istehsal da təxminən bir o qədər azalıb və nəticədə daxili bazarın təlabatını ödəmək üçün onu əvəzləyən idxala ehtiyac yaranıb”. 

2014-cü illə müqaisədə 2019-cu ildə ölkəyə iri buynuzlu mal ətinin idxalı 2 dəfəyə qədər, quş əti və onun məhsullarının idxalı 4 dəfədən çox, kərə yağı və digər süd yağları və pastalarının idxalı 42,6%, çay idxalı 72,3%, buğda idxalı 32,6%, düyü idxalı 8,0 dəfəyə yaxın, bitki yağları idxalı 22,5% artıb.

Bu rəqəmlər aqrar sektorun daxili bazarı təmin etmək və idxalı əvəzləmək sahəsindəki durumunun güzgüsü sayıla bilər.

Dövlətin aqrar sektorun inkişafına milyardlarla manat vəsait ayırdığı və bu sektorun inkişafına dolayı yollarla yetərincə dəstək verdiyi bir şəraitdə nə baş verir ki, yerli istehsal daxili bazarın ehtiyaclarını ödəməkdə aciz duruma düşüb?”- deyə ekspert bildirib.

Gülşanə Mustafayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin