Texniki baxış zamanı ödəniləcək utilizasiya haqqının MƏBLƏĞİ 

Hazırda oxunan: Texniki baxış zamanı ödəniləcək utilizasiya haqqının MƏBLƏĞİ 

175920

Hər dövlət texniki baxışı zamanı ödəniləcək utilizasiya haqqının məbləği açıqlanıb. 

Bizim.Media xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı “Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə Qaydası”nı təsdiqləyib. 

Qərarla “Yol hərəkəti haqqında” qanunun 27- ci maddəsinin II və III hissələrində nəzərdə tutulan nəqliyyat vasitələri hər dövlət texniki baxışı zamanı istehsal və buraxılış ili 4 ildən 10 ilədək olduqda - 10 manat, 10 ildən 20 ilədək olduqda - 20 manat, 20 ildən 30 ilədək olduqda - 30 manat, 30 il və daha çox olduqda 40 manat utilizasiya haqqı ödəniləcək. 

Qərar sabahdan qüvvəyə minəcək. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin