Son bir neçə həftə ərzində quzu ətinin qiymətinin artması bazara təsirsiz ötüşməyib.
Bizim.Media xəbər verir ki, satıcılar deyirlər ki, hazırda paytaxtda ət bazarında durğunluq müşahidə olunur.
Xüsusən də quzu əti alıcılarının sayında azalma müşahidə olunur. Quzu ətinin qiymətinin artması dana ətinə tələbatı artırıb.
Satıcıların sözlərinə görə, hazırda quzu ətini daha çox restoranlar sifariş verir, ancaq bu sahədə də alıcılıq qabiliyyəti onları tam qane etmir. Dana ətinin qiymətində isə dəyişiklik yoxdur.
Hazırda yerli dana ətinin kiloqramı 14 manat 50 qəpikdir. 14-17 kiloqramlıq quzunun ətinin bir kiloqramı 17 manat, 10-12 kiloqramlıq quzunun ətinin bir kiloqramı isə 18-20 manatdır. Bazarda 30-35 kiloqramlıq qoçların ətinin bir kiloqramı isə 13-15 manata təklif olunur.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
Bizim.Media