Valyuta dəyişmələrində “qara bazar” nə qədər ETİBARLIDIR? – ARAŞDIRMA 

Hazırda oxunan: Valyuta dəyişmələrində “qara bazar” nə qədər ETİBARLIDIR? – ARAŞDIRMA 

175727

Bankların həftə sonu işləməməsi, valyutadəyişmə məntəqələrinin ləğv edilməsi səbəbindən həm vətəndaşlar, həm də turistlər bəzi problemlərlə üzləşirlər. Buna görə də, xarici pul vahidlərinin dəyişdirilməsi ilə bağlı insanlar daha çox “qara bazar”a üz tutur. 

Məlumat üçün bildirək ki, qara bazar mal və xidmətlərin qanunsuz dövriyyəsi baxımından kölgə iqtisadiyyatının sosial institutudur. Bu bazarda əməliyyatlar ümumiyyətlə iştirakçıların qiymət yoxlamaları və ya vergidən qaçması nəticəsində meydana gəlir.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycana xaricdən pul köçürmələri 2.8 milyard manat azalıb


Bəs “qara bazar”da vətəndaş aldadılarsa və ya ona saxta pul verilərsə, məsuliyyəti kim daşıyır? Qeyri-qanuni yola baş vurduğu üçün vətəndaş bu  halda hara müraciət edə bilər? 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Bizim.Media-ya bildirib ki, bu, araşdırma predmetidir:

“Vətəndaş belə hala məruz qaldıqda polis orqanına müraciət etməlidir. Müraciətlə bağlı araşdırma aparılır və haldan asılı olaraq qanunamüvafiq tədbirlərin görülməsi təmin olunur”.

İqtisadçı ekspert Natiq Cəfərli isə bildirib ki, vətəndaş “qara bazar”da aldadılarsa, saxtakarlıqla qarşılaşarsa, bu, onun öz məsuliyyətidir. Çünki bu əməliyyatın özü qeyri-qanunidir:

“”Qara bazar”da nə qədər valyuta dövriyyəsinin baş verməsi ilə bağlı rəqəmlər məlum deyil. Lakin valyutaya çıxışın məhdudlaşdırılması baş verir. Çünki yeni qaydalara görə, 500 dollar, avro və ya funta qədər pul dəyişdirmək rahat mümkündür. Bu rəqəm aşılarsa, vəsaitin mənbəyi ilə bağlı tələblər olur. 

Bundan başqa, hər bir Azərbaycan vətəndaşı il ərzində iyirmi min manat ekivalentində xarici valyuta ala bilər. Bütün bu məhdudiyyətlər, insanların "qara bazar”a yönəlməsinə əsas səbəbdir. Əslində “qara bazar”la bağlı cinayət məsuliyyəti yoxdur, lakin inzibati məsuliyyət ola bilər. Əgər təkrarlanan şəkildə böyük məbləğdə pulların dövriyyəsi baş verərsə, çirkli pulların yuyulması maddəsi ilə cinayət işi açıla bilər”.

Nuranə Daxilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin