Əhalidə olan yararsız pul nişanlarının qəbul edilməsi, ekspertizası və dəyişdirilməsi, eləcə də nağd pulla bağlı sorğuların və müraciətlərin cavablandırılması məqsədilə Azərbaycan Mərkəzi Bankında və onun ərazi idarələrində (Naxçıvan MR İdarəsi, Gəncə, Biləsuvar və Quba Regional Mərkəzləri, Yevlax Ehtiyat Mərkəzi) əhaliyə xidmət ofisləri təşkil edilib.
AMB-dən Bizim.Media-ya daxil olan məlumata görə, bankın Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasında əhaliyə xidmət üzrə yeni “Nağd pul ofisi” yaradılıb.
“Vətəndaşlar 13 aprel 2021-ci il tarixindən etibarən həftənin 2-ci və 4-cü günləri saat 10:00-dan 13:00-dək qeyd edilən ünvanda yerləşən əhaliyə xidmət üzrə “Nağd pul ofisi”nə yaxınlaşaraq milli pul nişanlarını ekspertizaya təqdim edə və zədələnmiş pulları dəyişdirə bilər.
Əlavə suallarla bağlı Mərkəzi Bankın “Qaynar xətt”inə (966) müraciət oluna bilər”, - AMB-dən bildirilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:24 / 12.04.2021
Zədələnmiş pulları gətirin yenisini götürün - Yararsız pul nişanlarını qəbul edən ofislər yaradıldı
Hazırda oxunan: Zədələnmiş pulları gətirin yenisini götürün - Yararsız pul nişanlarını qəbul edən ofislər yaradıldı
Hazırda oxunan: Zədələnmiş pulları gətirin yenisini götürün - Yararsız pul nişanlarını qəbul edən ofislər yaradıldı
17566
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.