Mərkəzi Bankın son açıqlamasına görə, Azərbaycan manatının real effektiv məzənnəsi (REM) dekabrda son 11 ayın ən zəif göstəricisini nümayiş etdirib. Belə ki, manatın REM-i dekabrda 121.4 bəndə düşüb. Bu öncəki ayda 122.4 bənd təşkil edirdi.
Manatın rəsmi məzənnəsi ABŞ dolları ilə sabit qaldığı üçün çox vaxt dünyanın ən populyar valyutasının qiyməti ilə bu REM korrelyasiya təşkil edir. Bunu ölçən indeks sonuncu dəfə 2023-cü ilin yanvarında bu səviyyədə olmuşdu.
“Manata qarşı təzyiqlər artır”
Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan iqtisadçı-ekspert Ruslan Atakişiyev, bunun beynəlxalq siyasi-iqtisadi proseslərlə bağlı olduğunu bildirib:
“Bunlar devalvasiyadan sonra bu günə qədər həm dünyada, həm regionda baş verən siyasi proseslər, iqtisadi dalğalanmalar, qiymətli kağızlar bazarındakı bəzi hadisələrdir. Eyni zamanda, dövlətimiz tərəfindən həyata keçirilən bəzi strateji addımlar bəzi Qərb dövlətləri tərəfindən qısqanclıqla qarşılanmaqdadır.
Bu da istər-istəməz ölkəmizin iqtisadi əlaqələrinə də təsir edir. Bu gün Azərbaycanın ixracının əsas hissəsini enerji təşkil edir. Qeyri-enerji resursları ixracı isə hələ də istənilən səviyyədə deyil. İdxalımız daha çoxdur və bu da istər-istəməz xarici valyutalara olan ehtiyacın artımına səbəb olur. Bunların hamısı son vaxtlarda milli valyutamıza qarşı təzyiqləri artırır”.
Müsahibimiz qeyd etdi ki, qeyd olunan iqtisasi göstəricilərin aşağı düşməsi xarici valyutaya olan məzənnə nisbəti ilə bağlıdır:
“Əslində bu nisbət iki cür qəbul olunur. Bunlar da üzən və təsbit olunmuş məzənnələr şəklində tənzimlənir. Belə ki, 2016-cı ildə Azərbaycanda qəbul olunmuş stabil yol xəritələrində üzən məzənnəyə keçidlə bağlı strategiya elan olunub. Buna baxmayayaq, hazırda ölkədə təsbit olunmuş məzənnə sistemindən istifadə olunur. Səbəbi də milli valyutamızın dayanıqlılığının, eyni zamanda, ölkədə investisiya və sahibkarlıq mühitinin qorunmasıdır.
Əgər buna baxmayaraq, dalğalanmalar baş verərsə və bu, manata təsir edərsə, o zaman Mərkəzi Bankın valyuta ehtiyatları hesabına idarəetmə həyata keçiriləcək. Azərbaycanda üzən məzənnəyə keçid olsa belə, bu zaman manatın məzənnəsinin hansı həddə dayanacağı bəlli deyil”.
Bəs, real məzənnənin bir bənd aşağı düşməsi ölkədə ilin sonuna qədər yeni devalvasiya dalğasına səbəb ola bilərmi?
Onun dediyinə görə, yaxın perspektivdə belə bir hadisənin baş verməsi mümkün deyil: “Çünki Mərkəzi Bankın həyata keçirdiyi tədbirlər nəticəsində valyuta ehtiyatları artmaqdadır”.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:30 / 26.01.2024
Devalvasiya ilə bağlı VACİB AÇIQLAMA – İlin sonuna qədər...
Hazırda oxunan: Devalvasiya ilə bağlı VACİB AÇIQLAMA – İlin sonuna qədər...
Hazırda oxunan: Devalvasiya ilə bağlı VACİB AÇIQLAMA – İlin sonuna qədər...
175081
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.