Kriptovalyuta bazarında ÇAXNAŞMA – “Bitcoin” bu tarixdə yenidən BAHALAŞACAQ”

Hazırda oxunan: Kriptovalyuta bazarında ÇAXNAŞMA – “Bitcoin” bu tarixdə yenidən BAHALAŞACAQ”

174880

Bir neçə gündür beynəlxalq kriptovalyuta bazarında ciddi dalğalanmalar müşahidə olunmaqdadır. Belə ki, ötən il dekabrın əvvəllərindən etibarən sürətlə bahalaşaraq 48 min dollardan da yüksək məbləğə çatan “Bitcoin” artıq iki gündür ki, eyni sürətlə aşağı düşməkdədir. Belə ki, yanvarın 22-dən 23-nə keçən gecə 40 352 dolları dəyərində olan “Bitcoin” yanvarın 23-ü günorta saatlarından etibarən 39 020 – 39 745 dollar arasında dəyişir. Hazırda “CoinMarketCap” birjasında bu dəyər 39 min dollardan bir qədər yüksəkdir.   

“Bitcoin”in 24 saatlıq ticarət həcmi marjinal olaraq 1,99 faiz azalaraq 30,19 milyard dollara düşüb. 

Bəs, “Bitcoin”in birdən-birə bu qədər dəyər itirməsinə səbəb nədir?

Kriptovalyuta birjaları üzrə mütəxəssis Elnur Quliyev Bizim.Media-ya açıqlamasında, əvvəlcə dekabr ayında baş verən bahalaşmaya toxunub. Artımın səbəbinin “Bitcoin ETF”-lərin təsdiqi ilə bağlı gözləntilərin yüksək olması ilə bağlı olduğunu bildiriən ekspert, bunu normal hal kimi dəyərləndirib:
 

MÖVZU İLƏ BAĞLI:

“Bitcoin” dolları əvəz edəcək?


“Hamı gözləyirdi ki, “ETF”-lər təsdiq olunan kimi qiymət artımları, sonra isə müvəqqəti korreksiya baş verəcək. Bu da indi baş verməkdədir və nəticədə sürətli eniş müşahidə olunur”.
Ucuzlaşmaya gəlincə... 

“Bazara girmək istəyən böyük şirkətlər 1 “Bitcoin”i heç vaxt 48 min dollara almayacaqlar. Onlar dəyərini dəfələrlə aşağı saldıqdan sonra, sözügedən kriptovalyutanı almağa başlayacaqlar. Bu tendensiya bir müddətir ki, davam edirdi və artıq özünü doğrultmaqdadır.  

Ötən ilin sonlarına doğru “Bitcoin” 42 min dollardan bir qədər yüksək idi, amma dekabrın əvvəllərindən etibarən böyük sıçrayışla 48 min dollara, sonra isə ondan yuxarı dəyərə qalxdı. İndi isə bazar əvvəlki səviyyəsinə qayıdır. Martın əvvəllərindən etibarən dəyərinin yenidən yüksələcəyi proqnozlaşdırılır”. 

Qiymətlərin nə zamana qədər yüksək olacağı ilə bağlı sualımızı cavablandıran ekspert qeyd edib ki, indidən hansısa bir proqnoz vermək mümkün deyil: 

“Ona görə ki, aprel ayında “Bitcoin” daha də dəyər görməyə başlayacaq. Bu da onunla bağlıdır ki, hər il 1-2 ay əvvəldən qiymətlərin artımı müşahidə olunur. Hər 4 ildən bir bu tendensiya baş verir və hər dəfə də eyni qaydada təkrar olunur”. 

Qeyd edək ki, bəzi xarici və yerli ekspertlər “Bitcoin”in bu ilin sonlarına doğru yenidən bahalaşacağını proqnozlaşdırırlar. Hətta söyləntilərə görə, sözügedən kriptovalyuta 50 min dollardan da baha qiymətə təklif olunacaq. 

Bu proqnozlara etibar etməməyi tövsiyə edən E.Quliyevin sözlərinə görə, hər il yanvar ayında kriptovalyuta bazarında durğunluq müşahidə olunur: 

“Ötən ilin sonu qiymətin qəfildən 48 min dolları keçməsi belə birjalarda təəccüblə qarşılandı. Əslində qiymətlərin daha da aşağı düşməsi gözlənilirdi. Bu baxımdan cari ildə də hələlik qiymətlərin 34 400 dollara qədər düşməsi gözlənilir. Amma bahalaşma ilə bağlı hələlik hansısa bir fikir söyləmək olmur”. 

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin