Sosial ödənişlərə dövlət büdcəsindən 7 milyard 957 milyon manat xərclənib

Hazırda oxunan: Sosial ödənişlərə dövlət büdcəsindən 7 milyard 957 milyon manat xərclənib

174634

2023-cü il ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 2022-ci illə müqayisədə 1 milyard 311 milyon manat və ya 19,7 faiz çox olmaqla 7 milyard 957 milyon manat ödənilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, ötən ilin əvvəlindən növbəti sosial islahat paketi reallaşdırılaraq pensiya, müavinət və təqaüdlərin, habelə ehtiyac meyarı həddinin növbəti dəfə artırılması təmin edilib.

Əmək pensiyaçılarına maddi yardımlar pensiyanın sığorta hissəsinə əlavə edilib və pensiyanın sığorta hissəsi 2023-cü il yanvarın 1-dən 14,7 faiz indeksləşdirilərək artırılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin