Bank hesablarına sərəncamların tətbiq mexanizmi təkmilləşdirildi - VİDEO 

Hazırda oxunan: Bank hesablarına sərəncamların tətbiq mexanizmi təkmilləşdirildi - VİDEO 

174565

Vergi Məcəlləsinə edilmiş mühüm dəyişikliklərdən biri də bank hesablarına sərəncamların tətbiq mexanizminin təkmilləşdirilməsi ilə bağlıdır. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin yaydığı məlumatda deyilir. 

Bildirilib ki, vergi ödəyicisi öhdəliyini qanunvericiliklə müəyyənləşdirilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı onun bir neçə kredit və ya elektron pul təşkilatında olan hesablarına, yaxud eyni kredit və ya elektron pul təşkilatında olan bir neçə hesabına borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncam göndərir. 
Vergi Məcəlləsinə edilmiş son dəyişikliyə əsasən, sərəncam vergi ödəyicisinin bir neçə kredit və ya elektron pul təşkilatında olan hesablarına verildikdə və borc məbləği vergi ödəyicisinin hesablarından hər hansı biri üzrə dondurulduqda, ödəyicinin müraciəti əsasında həmin vəsaitin dondurulmasını təmin edən kredit və ya elektron pul təşkilatı bu barədə məlumatı vergi orqanına elektron qaydada təqdim edir.

Bu halda həmin məlumat əsasında digər kredit və ya elektron pul təşkilatlarında olan hesablara verilən sərəncamların vergi orqanı tərəfindən 1 iş günü müddətində geri qaytarılması təmin olunur. 

Həmçinin, vergi ödəyicisinin eyni kredit və ya elektron pul təşkilatında olan bir neçə hesabına sərəncam verildikdə və borc məbləği bu hesablardan hər hansı biri üzrə dondurulduqda, vergi orqanı həmin kredit və ya elektron pul təşkilatının elektron müraciəti əsasında digər hesablar üzrə sərəncamların 1 iş günü müddətində geri qaytarılmasını təmin edir. 
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin