Davosda "COP28 və qarşıdakı yol" mövzusunda sessiya keçirilib - FOTO

Hazırda oxunan: Davosda "COP28 və qarşıdakı yol" mövzusunda sessiya keçirilib - FOTO

173871

İqtisadiyyat naziri Mikayıl Cabbarov Davosda Dünya İqtisadi Forumu çərçivəsində "COP28 və qarşıdakı yol" mövzusunda sessiyada çıxış edib. Tədbirdə həmçinin, ABŞ Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerri, Beynəlxalq Enerji Agentliyinin baş direktoru Fatih Birol, ENGİE Qlobal Enerji Şirkətinin icraçı direktoru Ketrin Makqreqor mövzu barədə moderator, ABŞ-ın “The Washington Post” media qurumunun icraçı redaktoru Salli Bazbinin suallarını cavablandırıblar.

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, COP-28-in əsas nailiyyətləri barədə fikirlərini bildirən Azərbaycanın iqtisadiyyat naziri enerji səmərəliliyinin, bərpa olunan enerji mənbələrinin artırılması, ənənəvi yanacaq növlərindən istifadənin azaldılmasına diqqət yetirilməsi və digər nəticələr baxımından uğurları diqqətə çatdırıb.

Qeyd olunub ki, Azərbaycan COP29-un ev sahibi olaraq bu sahədə tədbirlərin uğurlu şəkildə həyata keçirilməsi öhdəliyini tam məsuliyyəti ilə anlayır.
Ölkəmiz COP29-un əsas mövzusu olan enerji keçidində maliyyələşdirmə mexanizmlərinin təmin edilməsi məqsədilə bütün maraqlı tərəflərlə işləməyə hazırdır. Bildirilib ki, beynəlxalq maliyyə təşkilatları bu məsələdə mühüm tərəfdaşlardır. Bununla yanaşı, prosesə özəl sərmayənin cəlbi də təşviq edilməlidir. Enerji keçidində maliyyələşdirmə mexanizmlərinin təmin edilməsində hökumətlərdən çox şey asılıdır.  

Sessiyada Azərbaycanın enerji keçidi prosesində həyata keçirdiyi tədbirlər, əldə edilən nəticələr və qazanılan təcrübə barədə məlumat verilib:

“Biz ölkənin gəlirlərindən, o cümlədən qalıq yanacaqlardan əldə olunan gəlirlərdən enerjiyə keçidə başlamaq üçün istifadə etmişik. Xüsusilə, 2030-cu ilə qədər enerji tələbatının 30%-nin bərpa olunan mənbələr hesabına ödənilməsi hədəfimizdən xeyli irəlidəyik. Bugünkü səviyyədə səylərimizi davam etdirsək, 2028-ci ilə qədər bu hədəfə nail ola bilərik”.




Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin