Bu gün İsveçrənin Davos şəhərində 54-cü Dünya İqtisadi Forumu öz işinə başlayır. Forumun devizi “Etibarın bərpası” olacaq.
Bizim.Media xəbər verir ki, yanvarın 15-dən 19-na kimi keçiriləcək forumun təhlükəsizliyini təmin etmək üçün İsveçrə Müdafiə Nazirliyi 5 min hərbçini səfərbər edib.
Forumda 60-dan çox hökumət və dövlət başçısı, o cümlədən Avropa Komissiyasının, BMT, NATO, Dünya Bankının, Ümumdünya Valyuta Fondunun, Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbərləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcəklər. Avropa dövlətləri ilə yanaşı Asiya, Latın Amerikası və ərəb dövlətləri də foruma qatılacaqlar.
Yanvarın 16-da Ukrayna Prezidenti Volodimir Zelenski xüsusi müraciətlə çıxış edəcək.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
14:00 / 15.01.2024
Davosda bu gün Dünya İqtisadi Forumu BAŞLAYIR
Hazırda oxunan: Davosda bu gün Dünya İqtisadi Forumu BAŞLAYIR
Hazırda oxunan: Davosda bu gün Dünya İqtisadi Forumu BAŞLAYIR
173482
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.