Bakı-Qroznı neft kəmərinin fəaliyyəti ilə bağlı rəsmi AÇIQLAMA

Hazırda oxunan: Bakı-Qroznı neft kəmərinin fəaliyyəti ilə bağlı rəsmi AÇIQLAMA

173400

Bakı-Qroznı neft kəməri yanvarın 12-də Dağıstanın Xasavyurt şəhərinin qərbində baş vermiş zəlzələdən sonra normal işləyir.

Bizim.Media bu barədə TASS-a “Transneft”in rəsmi nümayəndəsi İqor Demin məlumat verib.

O, qeyd edib ki, 2024-cü il yanvarın 12-də Moskva vaxtı ilə saat 20:02-də (Bakı vaxtı ilə saat 21:02) episentri Xasavyurt şəhərindən 13 km şimal-qərbdə, ocağı 5 km dərinlikdə, maqnitudası 4,1 olan zəlzələ baş verib.

Episentrdən 225 km radiusda yerləşən "Çernomortransneft" ASC-nin obyektləri, Qroznı-Bakı və "Mahaçqala" - 201 km magistral neft boru kəmərlərinin xətti hissəsində, eləcə də "Samur", "Mahaçqala" və "Sulak" neft nasos stansiyalarının xətti hissəsində avadanlıqlar araşdırılıb. Zəlzələnin fəsadları yoxdur.
Qeyd edək ki, zəlzələ Dağıstanın Novolakski rayonunda zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Xasavyurt şəhəri və Xasavyurt rayonu sakinləri tərəfindən hiss olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin