“Bitcoin” daha da UCUZLAŞACAQ?

Hazırda oxunan: “Bitcoin” daha da UCUZLAŞACAQ?

173229

“Kriptovalyutaların, xüsusilə də “Bitcoin”in qiyməti bu ilin yanvar ayının ortalarından başlayaraq fevral ayının əvvəllərinə qədər ucuzlaşmağa davam edəcək”.

Bunu Bizim.Media-ya açıqlayan kriptovalyutalar üzrə ekspert Afiq Ağaquliyevin sözlərinə görə, “Bitcoin”in (BTC) və “Etherium”un (ETH) dəyəri müəyyən qiymət dərəcəsi arasında dəyişəcək:

“Belə ki, BTC-nin qiyməti 39-45 min dollar arasında dalğalanacaq. ETH-nin dəyəri də 2000-2600 dollar arasında dəyişəcək. Fevral ayından sonra isə bu vəziyyətin qismən sabitləşəcəyi gözlənilir. Çünki daha çox dövriyyəsi olan və böyük bazar kapitalına malik olan Çində iş rejiminin bir aylıq dayanması prosesi gedir. Buna görə də kriptovalyutaların dəyərində enmələr baş verəcək. Ancaq bu, hansısa bir gerilənmənin yaşanacağı anlamına gəlməməlidir”. 

Onun sözlərinə görə, aprel ayına doğru kriptovalyutaların qiymətləri ilə bağlı vəziyyət normallaşacaq:

“2024-cü ildə BTC-nin qiyməti 90 min dollardan yuxarı olacağı proqnozlaşdırılır. ETH isə 4 min dollardan da yuxarı qiymətə satılacaq”.

Qeyd edək ki, BTC son 24 saatda 6,99 faiz, son 7 gündə isə 2,2 faiz ucuzlaşaraq 42,85 min ABŞ dollar olub. 

Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 2,2% azalaraq, son bir həftədə isə 13,21 % artaraq 2,54 min ABŞ dolları olub.

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin