Azərbaycan ötən il neft emalını ARTIRIB 

Hazırda oxunan: Azərbaycan ötən il neft emalını ARTIRIB 

172980

Ötən il Azərbaycanda 6,5 mln. tona yaxın neft emal edilib, bu da illik müqayisədə 4,84% çoxdur. 

Bu barədə Bizim.Media Energetika Nazirliyinə istinadən xəbər verir. 

Qeyd edək ki, ötən 2022-ci ildə Azərbaycanda 6,2 mln. ton neft emal edilib. 

Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin