Düyü bu tarixdən BAHALAŞACAQ

Hazırda oxunan: Düyü bu tarixdən BAHALAŞACAQ

172664

“Azərbaycanın düyü tələbatının 85-86 faizi xaricdən idxal hesabına ödənilir ki, bunun əhəmiyyətli hissəsi Cənub-Şərqi Asiya ölkələrinin payına düşür. Belə ki, düyünün 70-75 faizi Hindistandan, 10-12 faizi Çindən gəlir. Yerdə qalan hissə isə Tailandın, Türkiyənin, Vyetnamın və digər ölkələrin payına düşür”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Əhaliyə ŞAD XƏBƏR – “Ərzaq qiymətləri UCUZLAŞACAQ”


O, bahalaşmanın əsas səbəblərini açıqlayıb:

“Cənub-Şərqi Asiya ölkələrinin okean sahillərindən keçən Elminon cərəyanı düyü məhsulu üçün əlverişsiz iqlim şəraitinə səbəb olur və məhsuldarlığa çox ciddi təsir edir. Bu cərəyan ötən ilin ortalarında Hindistanda da problem yaratdı. Təbiət hadisəsi “Basmati” məhsulunun ixracının yarısını məhdudlaşdırdı ki, bu da dünya düyü ixracının 20 faizi deməkdir. Sözügedən durum 2023-cü ildə dünya bazarında məhsulun bahalaşmasına səbəb oldu 2022-ci illə müqayisədə 21 faiz qalxdı”. 

Müsahibimiz, bu artımın ölkəmizdə də bahalaşmaya səbəb olacağını diqqətə çatdırıb:

“2023-cü ildə ölkəyə daxil olan düyünün orta qiyməti 2022-ci illə müqayisədə 8,3 faiz çox olub. Dövlət Statistika Komitəsinin son statistikasına görə, ötən ilin 11 ayı ərzində ölkəyə düyü idxalı 5,7 faiz, daxili satış qiymətlərində isə təxminən 14-15 faiz artıb. 

Artım əsasən də ilin ll dövründən sonra müşahidə olunmağa başladı. Bu da o deməkdir ki, dünya bazarında baş verən bahalaşma 6-9 ay ərzində Azərbaycan bazarına öz təsirini göstərir və daxili bazarda düyünün bahalaşması davam edəcək”.
Qeyd edək ki, dünya bazarıda düyünün qiyməti son 15 ildə ən yüksək səviyyəyə qalxıb. Son iki həftə ərzində isə artım yeddi faiz təşkil edib ki, buna da yüksək tələbat və təchizatla bağlı problemlər səbəb olub.

Rövşən Ziya, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin