Çayların çirklənməsi ilə bağlı beynəlxalq məhkəmələrə müraciət olunmalıdır, amma bunu biz yox, QHT və ictimai təşkilatlar etməlidir.
Bu sözləri Bizim.Media-ya açıqlamasında ekoloq Rövşən Abbasov deyib.
Onun sözlərinə görə, Zəngilan rayonunda olan Oxçuçay ağır metallarla çox çirklənir, çünki Ermənistan ərazisində zavod və bir sıra müəssisələr fəaliyyət göstərir:
MÖVZU İLƏ BAĞLI:
“Su təsərrüfatında müasir menecmentə ehtiyac var” - DEPUTAT
“Onların da ağır tulantıları qəsdən Oxçuçaya axıdılır. Bu çay da Araza tökülür. Çox çirkli olduğu üçün Arazı da çirkləndirir. Bazarçay da çox çirklənən su resursumuzdur”.
Rövşən Ələkbərov hesab edir ki, yalnız işğaldan azad olunmuş ərazilərə qayıtdıqdan sonra içməli suyu təmizləmək olar:
“Bu isə bahalı bir prosesdir. 1 kubmetr içməli suyu təmizləmək üçün 30 qəpik vəsait lazımdır. Çaylarda kimyəvi mexaniki və bioloji təmizlə prosesləri tətbiq olunmalıdır”.
O xatırladıb ki, çay və göllərin qorunması üçün konvensiya var:
“Azərbaycan ora qoşulub, Ermənistan isə qoşulmayıb. İrəvan o konvensiyaya qoşulandan sonra bizim işğaldan azad olunan ərazilərimizin çayları çirkabdan təmizlənə bilər”.
Gülşanə Mustafayeva, Bizim.Media