Dekabrda Avrozonada inflyasiyanın səviyyəsi AÇIQLANDI 

Hazırda oxunan: Dekabrda Avrozonada inflyasiyanın səviyyəsi AÇIQLANDI 

172185

Dekabr ayında Avrozonada inflyasiya səviyyəsi 2,9 faiz təşkil edib. 

Bizim.Media xəbər verir ki, Avropa Statistika Bürosunun (“Eurostat”) məlumatına görə, keçən ay Avrozonada istehlak qiymətləri indeksi noyabrla müqayisədə 0,2 faiz artıb. 

İnflyasiyanın əsas komponentlərinə nəzər saldıqda isə ən yüksək illik inflyasiya 6,1 faizlə ərzaq məhsulları, spirtli içkilər və tütün məmulatlarında qeydə alınıb. Xidmətlər sektorunda 4 faiz, qeyri-enerji məhsullarının qiymətində 2,5 faiz artım baş verib. Enerji məhsullarının qiymətində isə 6,7 faiz azalma müşahidə olunub. 

Qeyd edək ki, dekabrda İtaliyada inflyasiya göstəricisi 0,5 faiz olub. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin