Ötən il qəbul edilən bir çox qanun bu gündən qüvvəyə minib.
Bizim.Media xəbər verir ki, bunların arasında Vergi Məcəlləsinə edilən dəyişikliklər də yer alıb.
Fiziki şəxslərin gəlirlərinə düşən vergi yükünün azaldılması məqsədilə bəzi kateqoriyalı fiziki şəxslərə verilən güzəştlərin həcminin artırılması və bir sıra gəlirlərinin vergiyə cəlb olunan gəlir bazasına aid edilməməsi nəzərdə tutulub. Bu, vergi güzəştlərinin müddətinin artırılması deməkdir.
Bundan başqa, mikro sahibkarlıqdan digər sahibkarlıq kateqoriyasına keçid stimullaşdırılacaq.
Yəni müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti plan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirlərinin 75 faizi gəlir vergisindən azad olacaq.
Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən ediləcək.
Lakin muzdlu işçilərinin orta aylıq sayı 3-dən az olan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olan mikro sahibkarlar gəlirlərinin 5 %-i qədər deyil, 20 %-i qədər vergi ödəyəcəklər.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:51 / 01.01.2024
Bu gündən tətbiq olunan VERGİ GÜZƏŞTLƏRİ
Hazırda oxunan: Bu gündən tətbiq olunan VERGİ GÜZƏŞTLƏRİ
Hazırda oxunan: Bu gündən tətbiq olunan VERGİ GÜZƏŞTLƏRİ
171625
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.