Sabahdan motosikletlərə aksiz vergisi tətbiq olunacaq

Hazırda oxunan: Sabahdan motosikletlərə aksiz vergisi tətbiq olunacaq

171516

Sabahdan dövlət qeydiyyatına alınmalı olan motosikletlər aksizli mallar sırasına daxil edilir.

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Beləliklə, 1 yanvar 2024-cü ildən aksiz dərəcəsi Azərbaycana idxal olunan motosikletlər üçün mühərrikin həcmi 125 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrə görə 0,20 manat, mühərrikin həcmi 500 kubsantimetrədək olduqda 25 manat+mühərrikin həcminin 126-500 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 0,40 manat, mühərrikin həcmi 500 kubsantimetrdən çox olduqda 175 manat+mühərrikin həcminin 500 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 0,50 manat olacaq.

Eyni zamanda, sosial aspektlər nəzərə alınmaqla mühərrikinin iş həcmi 125 kubsantimetrdən çox olmayan motosikletlərinin idxalı 2024-cü il yanvarın 1-dən 3 il müddətinə aksizdən azad olunur.

Azərbaycanda istehsal olunan motosikletlər üçün aksiz dərəcəsi isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdiriləcək. Ölkə daxilində istehsalın 0 dərəcə ilə aksizə cəlb ediləcək.

Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin