2023-cü ilin son günlərini yaşayırıq. Bir neçə gündən sonra bu il də tarixə çevriləcək.
Bəs, 2023-cü il daha çox hansı iqtisadi hadisələrlə yadda qaldı?
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizim.Media-ya açıqlamasında geridə qoyduğumuz ilin iqtisadi yeniliklər cəhətdən o qədər də aktiv olmadığını bildirib:
“Bununla belə müəyyən hadisələr baş verdi. Məsələn, ilin əvvəllərində minimum əmək haqqı 300 manatdan 345 manata qaldırıldı. Minimum pensiya 240 manatdan 280 manata yüksəldi. Aprel ayında 2020-ci ildən bəri artan inflyasiya zəifləməyə başladı.
Aprel ayında inflyasiyanın artım tempi 0,3, may ayında isə 0.4 faiz oldu. Beləcə, inflyasiya tam sabitləşməsə də xeyli səngidi. 2023-cü ildə 25 bankdan 2-ni itirdik. Bu il neft gəlirləri ilə qaz gəlirləri bir-birinə yaxınlaşdı.
Bu ilin 11 ayında 12 milyard dollarlıq qaz satmışıq. Neftdən gəlirimiz isə 15 milyard dollardan bir qədər artıq olub.
Mərkəzi Bank pul siyasətini dəyişdi. Nəticədə ilin 9 ayında uçot dərəcəsi artırıldı. Sonuncu rübdə isə faiz dərəcələri aşağı salındı. Ona görə də 2023-cü il Mərkəzi Bankın maliyyə alətlərindən aktiv istifadə etməsi ilə yadda qaldı”.
“Ən xoş xəbər inflyasiyanın zəifləməsi oldu”
İqtisadçı ekspert Natiq Cəfərli də 2023-cü ildə qiymət artımının səngiməsini əlamətdar hadisə kimi qiymətləndirib:
“Mənim üçün 2023-cü ilin ən xoş xəbəri inflyasiyanın zəifləməsi oldu. İlin sonuna yaxın inflyasiya 2 rəqəmli həddən 1 rəqəmli həddə düşdü. Bu tendensiya davam edəcəksə, bu çox müsbət bir yenilikdir. Digər bir müsbət hadisə inflyasiyanın zəifləməsi fonunda qiymətlərdə sabitliyin yaranmasıdır. Qiymətlərdəki sabitlik hər birimizin həyatına birbaşa təsir edən amildir. Buna görə də bunu yaddaqalan hadisə hesab edirəm”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:20 / 30.12.2023
2023-cü il hansı iqtisadi yeniliklərlə YADDA QALDI?
Hazırda oxunan: 2023-cü il hansı iqtisadi yeniliklərlə YADDA QALDI?
Hazırda oxunan: 2023-cü il hansı iqtisadi yeniliklərlə YADDA QALDI?
171285
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.