“Qərbi Azəri” platformasından 1 milyard barel neft hasil EDİLİB 

Hazırda oxunan: “Qərbi Azəri” platformasından 1 milyard barel neft hasil EDİLİB 

170254

Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft yatağının “Qərbi Azəri” platformasından bir milyardıncı barel neft hasil edilib. 

Bu barədə Bizim.Media-ya AÇG neft yatağının operatoru “BP-Azerbaijan” şirkətindən məlumat verilib. 

Bildirilib ki, “Qərbi Azəri” Xəzər dənizində AÇG yatağının yeddi hasilat platformasından biridir. 1997-ci ilin noyabrında AÇG-dən ilk neft əldə olunandan bəri ümumilikdə çıxarılmış 4,3 milyard barel neft hasilatına bu platformanın əhəmiyyətli töhfəsi var. 

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda hasilat üzrə vitse-prezidenti Elxan Məmmədovun sözlərinə görə, bu, ikinci AÇG platformasıdır ki, ümumi neft hasilatında 1 milyard barel xəttini adlayıb ikinci milyard barelin yoluna çıxır:

"Bu əlamətdar mərhələyə çatan ilk platforma isə “Mərkəzi Azəri” olub. Mərkəzi Azəri bu xəttə digər platformalardan daha tez - 2021-ci ilin iyul ayında çatıb”. 

E.Məmmədov bildirib ki, indi isə 1 milyard barel neft hasil etmiş daha bir platformamız var – “Qərbi Azəri”: “Ümid edirik ki, AÇG-də bu möhtəşəm uğur silsiləsi davam edəcək:

"Bu sevindirici nailiyyətə töhfə vermiş bütün işçi heyətlərini təbrik edirəm və onlara təhlükəsiz və səmərəli fəaliyyətlərinə və mükəmməl iş icrasına görə öz təşəkkürümü bildirirəm. Xüsusilə də, ilk gündən indiyədək "Qərbi Azəri"də çalışan və platformanın bütün uğurlarında imzası olan işçilərimizi təbrik edir və onlara “çox sağ olun” deyirəm”. 

Qeyd edək ki, “Qərbi Azəri” platformasından ilk neft 2005-ci ilin dekabr ayında əldə olunub. Hazırda platformada təxminən 200 nəfər çalışır və onların əksəriyyəti, o cümlədən platformanın hər iki rəisi Azərbaycan vətəndaşıdır.

2005-ci ildən bəri platformadan 40 quyu və çox sayda yan lülə qazılıb. Hazırda istismarda olan 35 quyudan 26-sı hasilat quyusu, 9-u isə suvurma quyusudur. 2005-ci ildə istismara verilmiş ilk quyulardan biri C-06 quyusudur.
Bu quyu ilk dövrlərdə gündəlik 35 000 barel neft verib və hazırda da platformanın ən məhsuldar quyularından biridir. İndiyədək bu quyudan ümumilikdə 80 milyon barel neft əldə olunub. Hazırda “Qərbi Azəri” platformasından gündəlik hasilat 85 000 bareldir. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin