“Su təsərrüfatında müasir menecmentə ehtiyac var” - DEPUTAT

Hazırda oxunan: “Su təsərrüfatında müasir menecmentə ehtiyac var” - DEPUTAT

16966

“Azərbaycanda 72 milyard 432 milyon manatlıq ümumi daxili məhsulun (ÜDM) 6,9 faizi kənd təsərrüfatının payına düşür. Bu o deməkdir ki, il ərzində 5 milyard manata yaxın aqrar məhsullar istehsal olunur. Aydındır ki, həm kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi, həm də bu sektorun ÜDM-də payının artırılması üçün su təsərrüfatı sisteminin təkmilləşdirilməsinə ehtiyac var”.

Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı Vüqar Bayramov qeyd edib. 

Deputat Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə təyin olunan yeni sədri videoformatda qəbul edən Azərbaycan Prezidenti İlham Əliyevin bu sektor üçün söylədiyi fikirləri və müəyyənləşdirdiyi yeni hədəfləri xüsusi vurğulayıb:

“Əvvəla, su ehtiyatlarınin sahibkarlar və fermerlər arasında tam ədalətli bölgüsü mexanizminin yaradılmasına ehtiyac var. Digər tərəfdən, su mənbələrinin əsasən ölkə xaricində olduğunu nəzərə alsaq, su ehtiyatları və ehtiyaclarının elektron xəritəsinin hazırlanması və buna uyğun olaraq sahibkarların su təminatının genişləndirilməsi məqsədəuyğundur.

Belə elektron xəritələr əksər inkişaf etmiş ölkələrdə tətbiq olunur və nəticədə ehtiyacların hansı mənbələr hesabına ödənilməsini müəyyənləşdirilməsinə imkan yaradır”.

Deputat onu da əlavə edib ki, işğaldan azad olunmuş ərazilərimizdə mövcud su ehtiyatlarını və torpaq fondunu nəzərə alsaq, Azərbaycanda kənd təsərrüfati məhsullarının istehsalının yaxın illərdə daha 1 milyard manat artırılması mümkündür.

Bu isə həmçinin su təsərrüfatında müasir menecment yanaşması tələb edir.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin