Bu məhsullar gömrük rüsumundan azad edildi

Hazırda oxunan: Bu məhsullar gömrük rüsumundan azad edildi

16917

Azərbaycana gətirilən işlənməmış və ya yarımişlənmiş, yaxud toz şəkildə gümüş (qızıldan və ya platindən qalvanik örtüklü gümüş daxil olmaqla), işlənməmiş və ya yarımişlənmiş, və ya toz şəklində qızıl (platindən qalvanik örtüklü qızıl daxil olmaqla), işlənməmiş və ya yarımişlənmiş, və ya toz şəklində platin 15 faiz idxal gömrük rüsumundan azad edilib.

Bizim.Media Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

 

MÖVZU İLƏ BAĞLI:

Xaricdən məhsul sifariş edənlərin nəzərinə! - VİDEO


Eyni zamanda zərgərlik məmulatlarının qalvanik örtüyü olan və ya olmayan qiymətli metallardan, üzərinə qiymətli metallar çəkilmiş və ya çəkilməmiş qiymətli metallardan olan hissələri, qızıl və ya gümüş ustalarının məmulatları və onların qiymətli metallardan və ya üzərinə qiymətli metallar çəkilmiş metallardan hissələri, eyni zamanda rəsmi ödəniş vasitəsi olmayan sikkələr (qızıldan başqa) istisna ilə digər sikkələr 15 faiz idxal gömrük rüsumundan azad olunub.

Bu Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin