Banklar bölgələrə niyə az kredit verir? - Deputatdan NARAZILIQ

Hazırda oxunan: Banklar bölgələrə niyə az kredit verir? - Deputatdan NARAZILIQ

16847

“Banklar əksər hallarda kredit ayıran zaman paytaxtda girov tələb edirlər ki, yerli sahibkarların bu imkanları olmur. O baxımdan, girov mexanizminin təkmilləşdirilməsi və regionlarda fəaliyyət göstərən sahibkarlar üçün güzəştli kreditlərinin həcminin artırılması vacibidir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı Vüqar Bayramov “Facebook” hesabında qeyd edib. 

“Mərkəzi Bankın məlumatına görə, 14 milyard 246 milyon manatlıq kredit portfelinin 11 milyard 360 milyon manatı Bakının payına düşür. Abşeron iqtisadi rayonunun 489 milyon 530 min manatlıq kredit portfelinə sahib olduğunu nəzərə alsaq, o zaman kredit qoyuluşlarının cəmi 17 faizinin regionların payına düşdüyü bəlli olur.

Deməli, rəsmi statistikaya görə, hər 100 manatlıq kreditin cəmi 17 manatı regionların payına düşür və ya banklar hər 100 manatlıq kreditin 80 manatını Bakı şəhərinə ayırırlar”, - deyə o, qeyd edib.

İqtisadçı hesab edir ki, bankların regionlara daha az kredit ayırlmasının əsas səbəblərindən biri də rayonlarda yaşayan sahibkarlar üçün girov mexanizmi şərtlərinin ağır olmasıdır:

“İnkluziv və balanslı iqtisadi inkişafın güclənməsi üçün regionlarda fəaliyyət göstərən sahibkarların ucuz kreditlərə çıxış imkanlarının artırılması vacib şərtlərdəndir”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin