2023-cü ilin yanvar-oktyabr aylarında Bakı şəhərində ticarət dövriyyəsinin həcmi 2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 6,1% artaraq 26776,2 milyon manat olub.
Bizim.Media Bakı Şəhər Statistika idarəsinə istinadən xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,1% artaraq 15587,3 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 10,5% artaraq 11188,9 milyon manata bərabər olub.
Qeyd edək ki, istehlak məhsullarının 34,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 50,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 15,3 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:26 / 29.11.2023
Bakıda son 10 ayda 26.7 milyard manatlıq MƏHSUL SATILIB
Hazırda oxunan: Bakıda son 10 ayda 26.7 milyard manatlıq MƏHSUL SATILIB
Hazırda oxunan: Bakıda son 10 ayda 26.7 milyard manatlıq MƏHSUL SATILIB
166697
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.